
Almaniyanın Baş ravvini Avixal Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimində deyib ki, şiə ölkəsi olan Azərbaycan əsrlər boyu yəhudilərə qayğı göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu yayıb.
Azərbaycanda antisemitzmin olmadığını deyən A.Apel ürəyini yəhudilərə açan və İsraildə səfirliyi olan Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrindən lazımi dəstək almadığını vurğulayıb.
O, təəssüflə qeyd edib ki, dəstək əvəzinə Fransa Senatı Avropanın təhlükəsizliyini, sərhədlərini qoruyan və vicdanlı mövqeyi ilə seçilən Azərbaycandan idxal edilən neft və qaza embarqo qoyulmasına çağırır.
Gülnar Səlimova
Globalinfo.az