JjlSLeYHhwaiK7WK2qL0yow6tKr10OF2RlIn7taQ 1200

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “WarDonbass” Teleqram kanalı məlumat yayıb.

Onun rusiyalıların ünvanına guya təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya pasportundan məhrum edildiyi bildirilir.

Məlumata görə, Rusiya hüquq-mühafizə orqanları bu davranışı milli ədavəti alovlandırmaq kimi qiymətləndirib. Rzayevin yaxın günlərdə Rusiyadan deportasiya olunacağı bildirilib.

Xatırladaq ki, o ötən ilin iyulunda Moskvada keçirilən turnirdə rusiyalı idmançını məğlub edib. Bundan sonra Rzayev digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb.

Daha sonra o, Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.

Paylaş: