
Bəhreyn Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri göndərmək planının olmadığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin baş naziri və vəliəhd şahzadə Salman bin Həməd bin İsa Əl-Xəlifə ABŞ Prezidenti Donald Trampla görüş zamanı bildirib.
“Hazırda belə planlar yoxdur, çünki onları Bəhreyndə saxlamağa operativ ehtiyacımız var”, – deyə baş nazir qeyd edib.
Əl-Xəlifə bu bəyanatı ABŞ-dan alınan Patriot raketlərinin Ukraynaya ötürülüb-ötürülməyəcəyi ilə bağlı suala cavab olaraq verib. ABŞ prezidenti Donald Tramp isə öz növbəsində Bəhreynin geniş raket ehtiyatlarına malik olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Tramp Amerika silahlarını Ukraynaya ötürə biləcək Avropa müttəfiqlərinə satmaq barədə razılığa gəldiyini açıqlamışdı. Bu prosesə NATO və ABŞ-ın alyansdakı daimi nümayəndəsi Metyu Uitaker rəhbərlik edəcək.
Tahir Turan
Globalinfo.az














