Zelenski onun namizədliyini müdafiə naziri postuna irəli sürdü

Zelenski onun namizədliyini müdafiə naziri postuna irəli sürdü

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

“Mən yeni müdafiə naziri kimi Denis Şmıqalla bağlı Ali Radaya sənədlər göndərmişəm”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, Ali Rada Şmıqalı baş nazir vəzifəsindən azad edib və bu, bütün hökumətin istefası ilə nəticələnib. Bu günə qədər Ukrayna Müdafiə Nazirliyinə Rüstəm Umerov rəhbərlik edirdi.

Əliyar Xəlil

Globalinfo.az