Ukrayna Ali Radasının deputatı Oleksandr Dubinski Macarıstanın baş naziri Viktor Orbana rəsmi müraciət edərək Budapeştdən ukraynalı hakimlərə qarşı sanksiyalar tətbiq etməsini tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə deputat öz teleqram kanalında məlumat paylaşıb.
Dubinski iddia edir ki, Ukraynada bəzi hakimlər hərbi komissarlıqların (TCC) qanunsuz əməllərini – vətəndaşların zorla səfərbər edilməsi, oğurlanması və döyülməsi hallarını qanuniləşdirirlər:
“Macarıstanın baş naziri Viktor Orbana rəsmi məktubla müraciət etdim və ondan TCC-nin cinayətlərini ört-basdır edən ukraynalı hakimlərə qarşı şəxsi sanksiyalar tətbiq etməyi tələb etdim”, – Dubinski bildirib.
Deputat bu vəziyyətdə “işəgötürənlərə” qarşı heç bir tədbir görülmədiyini, əvəzində müqavimət göstərən vətəndaşlara qarşı repressiyaların artdığını vurğulayıb.
Tahir Turan