Azərbaycan çempionu Ağdaşda kanalda batdı – VİDEO

Azərbaycan çempionu Ağdaşda kanalda batdı - VİDEO

Ağdaşda 17 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb. 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu kanalda çimərkən batıb.

Məlumata görə, yeniyetmə atası ilə birlikdə çimirmiş. Oğlunun batdığını görən ata onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.

Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış işləri davam etdirilir.

Qeyd edək ki, Dəniz Süleymanlı idmanın alqaput növü üzrə Azərbaycan çempionu olub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Ağdaşda yeniyetmə kanalda batıb.

Globalinfo.az xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalında baş verib.

Belə ki, Süleymanlı Dəniz Nəsib oğlu (2008) kanalda çimərkən boğulub.

Hazırda onun meyitinin kanaldan çıxarılması istiqamətində işlər görülür.