“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı hələ planlaşdırılmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O əlavə edib ki, lazım gələrsə, Putinlə Tramp arasında telefon danışığı çox tez təşkil oluna bilər.
Qeyd edək ki, iyulun 15-də Tramp Putinlə mümkün görüşdən danışıb. O, danışığın baş verə biləcəyini, lakin hər şeyin Moskvanın gələcək addımlarından asılı olduğunu söyləyib.
Əliyar Xəlil
Globalinfo.az