“ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı Ukraynaya pulsuz silah tədarükündən imtina edəcəyinə söz verib”.
Globalinfo.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“O, dəfələrlə Ukraynada baş verənlərin onun müharibəsi olmadığını bəyan edib və Avropa ölkələrini öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımağa çağırıb. Tramp, həmçinin Avropanı Kiyevin maraqları naminə silah almağa məcbur edəcəyinə söz verib, onları pulsuz verməkdən imtina edib”, – deyə o bildirib.
Qeyd edək ki, iyulun 14-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdə D.Tramp 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100 faizə qədər ikinci dərəcəli rüsumlar tətbiq ediləcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az