media Tramp9 gfpm09

“Volodimir Zelenski Moskvaya zərbələr endirmək barədə danışmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evi tərk etməzdən əvvəl jurnalistlərə bildirib.

“O, Moskvanı hədəf almamalıdır”, – deyə Ağ Ev lideri qeyd edib.

Tramp münaqişənin heç bir tərəfini dəstəkləmədiyinə aydınlıq gətirib.

O, bir daha vurğulayıb ki, üç ildir davam edən münaqişədə günahkar o deyil, sələfi Co Baydendir.

Qeyd edək ki, bundan əvvəl Trampın Zelenski ilə söhbəti ortaya çıxıb. “Moskvaya niyə hücum etmirsiniz?”, – deyə Ağ Ev lideri ukraynalı həmkarına deyib. Tramp bildirib ki, Ukrayna təkcə Moskvaya hücumu deyil, həm də Sankt-Peterburqu da vurğulayaraq Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmalıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: