Bəzi rayonlara yağış yağır – Faktiki hava

Bəzi rayonlara yağış yağır - Faktiki hava

Azərbaycanda iyulun 15-i saat 16:00-a olan məlumata əsasən hazırda bəzi dağlıq ərazilərdə – Daşkəsən, Gədəbəy, Qusarda qısamüddətli yağış yağır.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.