ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə münasibətindən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində bildirib.
“Putin məni məyus etdi, amma onunla işim bitməyib. O, demək olar ki, heç kimə güvənmir. Mən düz dörd dəfə Ukraynada nizamlanma ilə bağlı qarşı tərəflə razılığa gələ biləcəyimi düşündüm”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Bir gün əvvəl D.Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100 faizə qədər ikinci dərəcəli rüsumlar tətbiq ediləcəyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az