Ukraynada münaqişənin dayandırılması istiqamətində atılan istənilən addım vacibdir.
Globalinfo.az-ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında çıxışı zamanı bildirib. O, vurğulayıb ki, bu təşəbbüslər beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir.
BMT rəhbəri ABŞ Prezidenti Donald Trampın Moskva və Vaşinqtonun 50 gün ərzində razılığa gəlmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacağı barədə açıqlamasına da münasibət bildirib. O qeyd edib ki, əsas prioritet dərhal və siyasi həll yolu açacaq bir atəşkəsin təmin edilməsidir.
“Bu məqsədə çatmağa töhfə verə biləcək hər bir təşəbbüs əhəmiyyətlidir”, – deyə Quterreş əlavə edib.
Tahir Turan
Globalinfo.az