ABŞ prezidenti Donald Tramp Ukraynaya Moskvanı vurmağa qadir olan uzaqmənzilli silahların çatdırılmasını təmin edəcək. Bu, özündə “nüvə ultimatumu”nu ehtiva edir.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı Marqarita Simonyan sosial şəbəkə hesabında yazıb.
“Tramp Ukraynaya Moskvanı bombalamağa imkan verəcək silahlar göndərəcək. Amerika prezidentləri nə qədər istəsələr də, ölkənin xarici siyasətinə nəzarət etmirlər. Necə deyərlər, qaçılmaz təhlükə qapıdadır. Bütün bunlar nüvə ultimatumu ilə başa çatacaq. Bu o deməkdir ki, bizim seçimimiz qalmayıb. Bundan əlavə, İran və İsrail arasında baş verən atışmadan sonra bütün dünyanın həssaslıq həddi həmişəkindən yüksəkdir. Dünya Təl-Əvivin bombalardan yanan görüntülərini seyr edəndə heç nə baş vermədi. Moskva ilə də eyni reaksiya sərgilənəcək”, – Simonyan vurğulayıb.
Əliyar Xəlil














