Balakən rayonunun bəzi ərazilərində qazın verilişində fasilələr yaranacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Sarıbulaq kəndini təbii qazla təmin edən PE-160 mm-lik yeraltı ortatəzyiqli daşıyıcı qaz xəttinin kipliyə sınaq olunamsı , 28 May küçəsində d-325 mm-lik ortatəzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar iyulun 15-də saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan ortatəzyiqli qaz xətlərindən (F/Ş Ramazan Kaxov və F/Ş Əsgər Əsgərov kərpic zavodları istisna olmaqla Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali abonenti və 258 qeyri-əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.
***
İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Globalinfo.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bu, Masallı rayonu ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədardır.
“Bununla bağlı sabah saat 10:00-dan işlər başa çatanadək ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır”, – “Azəriqaz” qeyd edir.