Amerikalı ulduz, müğənni Selena Qomezin toyu təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun nişanlısı, musiqi prodüseri Benni Blanko danışıb.
“İkimiz də işimizlə çox yüklənmişik. Əvvəlcə nişanlandıq, sonra albom üçün kliplər çəkdik, bayramlar başladı. Bir-birimizi sözün əsl mənasında bir həftə gördük. Bir sözlə, heç vaxt yox idi. Amma bu yay hər şeyi müzakirə edəcəyik”, – deyə o bildirib.
Blanko Selena Qomezlə vaxt keçirməkdən zövq aldığını etiraf edib.
Leyla Əlisoy
Globalinfo.az














