pol biya

Kamerun Prezidenti Pol Biya 92 yaşında yeni prezidentlik müddətinə namizəd olmaq fikrindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.

“2025-ci il oktyabrın 12-də prezidentliyə namizədliyimi irəli sürürəm. Biz birlikdə istənilən maneələri dəf edə bilərik”, – deyə o bildirib.

Xatırladaq ki, 1982-ci ildən hakimiyyətdə olan Biya dünyanın ən yaşlı dövlət başçısıdır.

O, təkrar prezident seçilərsə, 100 yaşına qədər vəzifəsini icra edə bilər.

Paylaş: