“Rusiyanın ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Kiyevə səfərindən gözləntiləri yoxdur. Lakin Vaşinqtonun münaqişənin sona çatması üçün vasitəçilik səylərini davam etdirməsi vacibdir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu barədə jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, iyulun 14-də Kelloq Ukraynaya işgüzar səfərə gəlib. ABŞ rəsmisinin bütün həftəni Kiyevdə keçirəcəyi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az