Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Globalinfo.az bildirir ki, növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
***11:03
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilir.
Globalinfo.az xəbər verir ki, iclasın gündəliyinə bir və üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulan ümumilikdə 13 qanun layihəsi daxil edilib.
İclasa Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edir.