Zaxarovadan ABŞ Dövlət Departamentinə sərt reaksiya

Zaxarovadan ABŞ Dövlət Departamentinə sərt reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentində baş verən kütləvi ixtisarlara istehzalı münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, o, teleqram kanalında paylaşdığı açıqlamada amerikalı diplomatların uzun illər dünyaya insan hüquqlarını yalnız ABŞ-ın “kanonik şəkildə” qoruduğunu sübut etməyə çalışdığını xatırladıb.

RİN rəsmisi qeyd edib ki, indi həmin hüquqların pozulmasından şikayət edənlər elə ABŞ-dır.

Zaxarova 1300 nəfərin işdən çıxarılmasını ABŞ-da insan hüquqları ilə bağlı bəyanatlara zidd addım kimi qiymətləndirib və qeyd edib ki, Dövlət Departamentinin bu qərarı dövlət xərclərinin azaldılması ilə əsaslandırılsa da, əslində ölkə daxilindəki ziddiyyətləri üzə çıxarır.

Tahir Turan

Globalinfo.az