1715837287 msg586791117 60707

Xarkov vilayətində Rusiya Silahlı Qüvvələrinin (RF Silahlı Qüvvələri) nəzarətində olan 75 kənd var. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev məlumat verib.

O qeyd edib ki, hərbi-mülki administrasiya artıq Kupyansk rayonunun 35 kəndi üzərində birbaşa nəzarəti müəyyən edib. Bununla belə, Qançevin sözlərinə görə, Xarkov vilayətində Rusiya Ordusunun nəzarətində olan 75 yaşayış məntəqəsi var.

Tahir Turan

Globalinfo.az

Paylaş: