NATO Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte iyulun 14-15-də Vaşinqtona səfər edəcək.
O, ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset, eləcə də Konqres üzvləri ilə görüşəcək”, – deyə bildirilib.