“Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ticarət mübahisəsi tezliklə həll edilməlidir. Tarif danışıqları nəticəsiz qalarsa, Vaşinqtona qarşı qətiyyətli cavab tədbirlərinə ehtiyac olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Lars Klinqbeyl deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın tariflərinə görə bütün ölkələr uduzacaq:
“Bu, ən azı Avropa ölkələrindəki şirkətlər üçün olduğu kimi ABŞ iqtisadiyyatı üçün də böyük təhlükə yaradır. Ona görə də ticarət münaqişəsinə son qoyulmalıdır. Heç kimə yeni təhdidlər və təxribatlar lazım deyil”.
Nazir bununla belə, Almaniya hökumətinin geri çəkilməyəcəyini əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az














