“Keçmiş prezident Boris Yeltsinin prezidentlik təklifi mənim üçün gözlənilməz oldu. Buna hazır deyildim”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Birincisi, mənim üçün gözlənilməz idi. İkincisi, bəlkə də, istəmədim, çünki hazır olmadığımı düşünürdüm. Ölkə, onun qorunub saxlanması və inkişafı üçün çox təcili və eyni zamanda həyati vacib məsələlər var idi. Bunun öhdəsindən gələ biləcəm ya yox? Bu barədə düşündüm”, – deyə o bildirib.
Qeyd edək ki, Vladimir Putin ilk dəfə 26 mart 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilib.
1999-cu il dekabrın 31-dən Boris Yeltsinin istefasından sonra dövlət başçısı vəzifəsini icra edib.
Əliyar Xəlil
Globalinfo.az