isvec

Avropanın “ən tənha” ölkəsi bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.

İsveç uzun qışlarına və tək yaşayan insanların sayına görə tez-tez dünyanın ən tənha ölkələrindən biri adlandırılır. Statistikaya əsasən, burada əhalinin 41 faizi tək yaşayır. Lakin bu o demək deyil ki, onlar özlərini yalnız hiss edirlər. Əslində İsveçdə tənhalıq çox vaxt şəxsi müstəqilliyin simvolu kimi qəbul edilir”, – deyə bildirilib.

Bununla belə, İsveç hökuməti tənhalıqla mübarizə planı hazırlayır:

“Bildirilir ki, bu hiss vətəndaşların sağlamlığına pis təsir edir, eləcə də ölkənin son illərdə yenidən qurduğu mülki müdafiə sistemini təhlükə altına alır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: