v0oYyJA8afB90KMC16I1z2fx7wukSEbZy3dAl0Vc 1200

Suriyanın Lazkiyə əyalətinin kənd yerlərində baş verən yanğınlar səbəbindən Türkiyə sərhədindəki Keseb sərhəd keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Quru və Dəniz Limanları Baş İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Mazen Alluş “X” hesabında bildirib.

Alluş qərarın fövqəladə tədbirlər çərçivəsində verildiyini açıqlayıb.

Qeyd edək ki, Suriyanın Lazkiyə əyalətində baş verən yanğınlar doqquz gündür ki, davam edir. Qətər, İraq, İordaniya və Türkiyənin dəstəyi ilə yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Paylaş: