Türkiyənin “Leman” satirik jurnalının baş redaktoru Aslan Özdəmir Fransadan ölkəyə qayıdarkən həbs edilib.
Globalinfo.az bildirir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.
Baş redaktor Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını dərc etdiyi üçün həbs edilib.
Qeyd olunur ki, iyunun sonunda Türkiyədə “Leman”ın redaksiyasına qarşı istintaq başladılıb, iyulun əvvəlində isə nəşrin dörd əməkdaşı saxlanılıb.
Nəşrin karikaturaları sosial mediada dindarlar arasında hiddətə səbəb olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan karikaturanı “iyrənc təxribat” və “nifrət cinayəti” adlandıraraq, nəşrin müəlliflərinin peyğəmbərə hörmətsizliyə görə məsuliyyət daşıyacağını vurğulayıb.
Ancaq redaksiya ittihamları rədd edir və illüstrasiyada təsvir olunan şəxsin Məhəmməd peyğəmbərlə heç bir əlaqəsi olmadığını vurğulayır.
Əliyar Xəlil