Moskvanın Parisdəki səfirliyi qraf Pyotr Şeremetevdən Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. Məktubda Şeremetev Rusiyaya köçmək arzusunda olduğunu bildirib. O hazırda Fransada yaşayır.
“Pyotr Petroviç Rusiya-Fransa mədəni əməkdaşlığının inkişafına və möhkəmlənməsinə mühüm şəxsi töhfə verib”, – diplomatik missiyanın bəyanatında deyilir. Eyni zamanda Şeremetevlə sıx əlaqələr saxladıqlarını vurğulayıblar.
“Rossiya-24” telekanalının efirində Pyotr Şeremetev köçmək istəyini Rusiyanın mədəni və təhsil fəaliyyəti üçün çoxlu imkanlara malik olması ilə izah edib. O bildirib ki, Avropada işləmək çətinləşib.
Pyotr Şeremetev 1917-ci il Oktyabr İnqilabından sonra əsli Fransaya köçmüş zadəgan rus ailəsinin nəslindəndir. Uzun illər Parisdə Sergey Raxmaninov adına Rusiya Konservatoriyasına rəhbərlik edib.
Əliyar Xəlil