“Türkiyə özünə qarşı provokativ addımlara görə NATO-nu 5-6 ay sonra tərk edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Ethem Sancaq deyib.
“Hadisələr bizi vadar edir ki, belə addımlar ataq. NATO provokativ addımlarla bizi buna məcbur edir. Onlar çalışırlar ki, bizi Yunanıstanın ayağına versinlər. Türkiyə NATO-nu 5-6 ay sonra tərk edəcək”, – o bildirib.
Sancaq həmçinin ABŞ-nin Türkiyəyə qarşı ən dağıdıcı siyasət həyata keçirən ölkə olduğunu və bu fikri son keçirilən sorğulara əsasən ölkə əhalisinin 80%-nin dəstəklədiyini söyləyib. O, son vaxtlar türk xalqının Rusiya və Vladimir Putinə simpatiya duymağa başladığını deyib.
Aqşin
Globalinfo.az