Hindistanın paytaxtı Yeni Dehli yaxınlığında iyunun 12-də qəzaya uğrayan “Air İndia” təyyarəsi ilə bağlı aparılan istintaq gözlənilməz bir ehtimalı gündəmə gətirib.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın ilkin araşdırmalarına əsaslanan “Wall Street Journal” qəzetinin məlumatına görə, 270 nəfərin həyatını itirdiyi fəlakətin səbəbi texniki nasazlıq yox, pilot kabinəsində buraxılan ciddi səhv ola bilər.
İlkin ehtimallara görə, “Boeing 787 Dreamliner” tipli təyyarənin hər iki mühərrikinin eyni anda dayanması pilotlar tərəfindən yanacaq axınını idarə edən əsas açarların bağlanması ilə əlaqədardır. Bu açarlar adətən uçuş boyunca açıq saxlanılır və yalnız mühərriki işə salmaq, söndürmək və ya fövqəladə hallarda istifadə olunur.
“Hər iki mühərrikin eyni anda dayanması görünməmiş hadisədir,” – deyə Hindistan Mülki Aviasiya Administrasiyasının rəsmisi Murlidhar Mohol bildirib.
Qeyd edək ki, iyunun 12-də təyyarə havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra pilotlar idarəetməni itirib və təyyarə qəzaya uğrayıb. ABŞ ekspertləri təyyarənin dizayn və istehsalında heç bir qüsur aşkar etmədiklərini bildiriblər. Beləliklə, bütün diqqət pilotların davranışına yönəlib.
Tahir Turan
Globalinfo.az