İranda 2024-cü ildə neft hasilatı sutkada 2,884 milyon bareldən (2023) 3,257 milyon barrelə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bunu OPEC-in illik statistik bülleteninin məlumatları sübut edir.
Bildirilir ki, İran 2024-cü ildə gündəlik xam neft hasilatını 13% artırıb.
Bu, bütün ölkələr arasında ən əhəmiyyətli artımdır. ABŞ ikinci yerdə (hasilatı 2% — sutkada 274 min barel), Nigeriya isə 158 min barel artımla üçüncü yerdə qərarlaşıb.
Eyni zamanda, OPEC-in məlumatına görə, 2024-cü ildə qlobal neft hasilatı əvvəlki illə müqayisədə sutkada 767 min barel azalıb ki, bunun da 572 mini təşkilata üzv ölkələrdə olub.
Əliyar Xəlil