107285971 gettyimages 918487194

Terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) Abdulla Öcalanın həbsdən azad olunmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Frans Press” PKK komandirinə istinadən məlumat yayıb.

Bildirilir ki, PKK yaraqlılarının birinci qrupunun tərksilahına başlanmasından sonra onun liderlərindən biri terror təşkilatının qurucusu Öcalanın azadlığa buraxılmasını tələb edib.

“Bu, bizim birinci tələbimizdir və sülh prosesinin davam etdirilməsi üçün əsas şərtdir. Bu həyata keçirilməyənə qədər, onun uğurla davam etməsi ehtimalı çox azdır”.

Bundan başqa, PKK ölkənin siyasi həyatında iştirak hüququ, həmçinin yaraqlıların Türkiyəyə qayıtması üçün təhlükəsizlik təminatları istəyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: