“Ukraynadakı müharibə ABŞ və onun avropalı müttəfiqləri arasında fikir ayrılığını artırır. Nəticədə Avropa dərinləşən geosiyasi böhranla üz-üzə qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Patriota” qəzetinə müsahibəsində deyib.
“Ukraynalılar üçün qalan yeganə ümid avropalıları prosesə cəlb etməkdir. Yəni ABŞ sülh, biz isə müharibə yolundayıq. Məsələn, Almaniyanın Kiyevdəki Avropa strategiyası hələ də hərbi qələbəyə yönəlib, Ağ Evin dəstəyi isə azalıb. Belə bir fikir ayrılığı Avropanı müharibənin maliyyə, iqtisadi və təhlükəsizlik nəticələri ilə baş-başa buraxacaq”, – deyə o xəbərdarlıq edib.
Əliyar Xəlil
Globalinfo.az