a9e0c997 d6ce 4066 944f 961f2e805a4d 2

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Qeyd edək ki, müzakirə ümumilikdə 5 saatdan çox davam edib.

Paylaş: