nazir 1

Rusiyanın bir neçə gün öncə intihar edən nəqliyyat naziri Roman Starovoyt ilə vida mərasimi keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskvada Mərkəzi Klinik Xəstəxanada keçirilən vida mərasimində onun yerinə təyin olan yeni nazir Andrey Nikitin iştirak edib.

Həmçinin mərasimdə Baş nazirin müavinləri Dmitri Qriqorenko, Aleksandr Novak və Dmitri Patruşev, rəqəmsal inkişaf naziri Maksut Şadayev, mədəniyyət naziri Olqa Lyubimova və iqtisadi inkişaf naziri Maksim Reşetnikov da iştirak ediblər.

Prezident Vladimir Putin isə mərasimə qızılgüllərlə bəzədilmiş əklil göndərib.

Onun dəfn mərasimi isə iyulun 11-i baş tutacaq.

Qeyd edək ki, Roman Starovoytun cəsədi iyulun 7-si Odintsovo şəhərində şəxsi avtomobilində aşkarlanıb. 53 yaşlı Starovoyt intihar edən gün nazir vəzifəsindən azad edilmişdi.

359034abf22cbfd59765ab31c4f5df17

2a50109687dd10bb0b0ca3fd76868b43 o
9e9a04c0a51d05d860f31a2e0042f3a9
c3367d7626b32ce577ec15ad5021a990
TASS 82352540

Paylaş: