Polşadan Qərbə sərt mesaj: “Bəyənmirsinizsə, əlvida!”

Polşadan Qərbə sərt mesaj: "Bəyənmirsinizsə, əlvida!"

Polşa Prezidenti Anjey Duda Ukraynaya hərbi yardımın çatdırılması üçün logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaq niyyətində olduğunu açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Otvarta Konserwa” qəzetinə müsahibəsində deyib.

“Onlar sadəcə olaraq Rzeşov hava limanı və magistral yollarımızın onlara məxsus olduğunu düşünürlər. Amma bu, bizimdir. Kimsə nəyisə bəyənmirsə, onu bağlayıb “əlvida” deyirik”, – prezident bildirib.

O, həmçinin vurğulayıb ki, Polşa Ukrayna ətrafında baş verən hadisələr kontekstində öz rolunu daha qətiyyətlə vurğulamalıdır:

“Çünki həm Ukrayna, həm də Qərb müttəfiqləri Polşanın logistik resurslarını özlərininki hesab edirlər”.

Əliyar Xəlil
Globalinfo.az