Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.
Qeyd olunur ki, görüş zamanı ikitərəfli əməkdaşlıqla yanaşı, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Tərəflər Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına toxunaraq, bölgədə uzunmüddətli sülhün və dinc qonşuluq münasibətlərinin qurulmasının vacibliyini vurğulayıblar.
BƏƏ Prezidenti yaxın zamanda Bakı və İrəvan arasında sülhün imzalanacağına ümid etdiyini bildirib.
Tahir Turan














