17520797572042551356 1200x630

“Baku” TV-nin “Söz” (“The word”) sənədli filminin təqdimatı olub.

Globalinfo.az xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictima sektorun nümayəndələri, aktyorlar, rejissorlar iştirak ediblər.

Film 44 günlük Vətən müharibəsinə həsr olunub və “Baku” TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbər Nəsirovun həyat hekayəsini təsvir edir.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.

“Söz” sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition mükafat qazanıb.

Film həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

17520797576279950293 1200x630 175207975785954506 1200x630 17520797575125533474 1200x630

Paylaş: