utair 1

“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Heydər Əliyev Hava Limanından Globalinfo.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.

***

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sərnişinlərdən biri məlumat verib.

Məlumata görə, bu gün saat 18:00-da olan uçuş sabah saat 12:00-dək təxirə düşüb.

Sərnişinlərin bir qismi Gəncə şəhərindəki hotellərə yerləşdirilib. İlkin ehtimal olaraq “Utair” aviaşirkətinə məxsus təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir. Təyyarədə 118 sərnişinin uçması gözlənilirdi.

Paylaş: