Almaniya səfirliyi SSRİ bayrağını səhv təqdim etdi: Paylaşım dərhal silindi
Dünya, Özəl 187
REKLAM BANNERİ
Almaniyanın Rusiyadakı səfirliyi teleqram kanalında SSRİ bayrağını səhv göstərdiyi üçün paylaşdığı xəritəni silib.
Globalinfo.az xəbər verir ki, sözügedən nəşrdə Almaniyanın İkinci Dünya müharibəsindən sonrakı bölünməsi əks olunmuşdu. Lakin xəritədə Sovet İttifaqının bayrağı tarixi variantdan fərqli şəkildə – qırmızı fonda, mərkəzdə ağ dairə içərisində çəkic və oraqla təqdim olunmuşdu. Halbuki, rəsmi SSRİ bayrağında çəkic və oraq qızılı rəngdə olub bayrağın sol yuxarı küncündə yerləşirdi.
Buna baxmayaraq, ABŞ, Böyük Britaniya və Fransanın bayraqları korrekt şəkildə təqdim olunub və heç bir dəyişiklik edilməmişdi.