İsrail İranın hərbi obyektləri vurduğunu etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Britaniyanın “Daily Telegraph” qəzeti peyk görüntülərinə istinadən yazıb ki, İsrail İranın ölkənin mərkəzi və şimal hissəsindəki dörd hərbi bazaya, həmçinin “Tel Nof” hərbi aerodromuna zərbələr endirdiyi barədə məlumatları gizlədir.
Ancaqİsrail rəsmisi ilk dəfə İranın fəaliyyətdə olan İsrail bazasını vurduğunu təsdiqləyib. Hərbi brifinq qaydalarına uyğun olaraq onun adı anonim saxlanılıb.
Bundan əvvəl “Military Watch Magazine” Oreqon Dövlət Universitetinin apardığı peyk məlumatlarının təhlilinə istinad edərək bildirib ki, İran iyunun 13-dən 24-dək İsraildəki 5 hərbi baza və 40 infrastruktur obyektini uğurla vurub.
Əliyar Xəlil
Globalinfo.az