ygn 2

Bakının Suraxanı rayonunda, Zığ şossesi yaxınlığında açıq ərazidə yanğın başlayıb.

Globalinfo.az bildirir ki, b barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub:

“Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir”.

X X X

Bakının Suraxanı rayonunda ağaclıq sahədə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə feysbuk istifadəçisi Bəhruz Nəsirli məlumat verib.

O bildirib ki, Zığ şosesi kimi tanınan beton yolun kənarında boş ərazidə xeyli sahəni əhatə edən yanğın başlayıb.

Əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib.

Paylaş: