İranın Moskva və Pekinin dəstəyinə ehtiyacı yoxdur – Pezeşkian

İranın Moskva və Pekinin dəstəyinə ehtiyacı yoxdur - Pezeşkian

İran İsrail və ABŞ ilə müharibə olacağı təqdirdə Rusiya və Çindən kömək istəmək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, İranın Moskva və Pekinin dəstəyinə ehtiyacı yoxdur, çünki onun gücü özünü qorumaq üçün kifayətdir.

Daha əvvəl “Reuters” agentliyi İran mənbələrinə istinadən xəbər vermişdi ki, İran İsrail və ABŞ-la münaqişədə Rusiyadan daha çox kömək almaq istəyir. Ancaq hansı dəstəyin müzakirə olunduğu açıqlanmayıb.

Tahir Turan 

Globalinfo.az