Mbappedən rekord: “Heç kim bunu bacarmamışdı”

Mbappedən rekord: "Heç kim bunu bacarmamışdı"

“Məşhur fransız futbolçu Kilian Mbappe Klublararası Dünya Çempionatı zamanı “Real Madrid”in bütün zamanlarının rekorduna imza atıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Stats Foot” X sosial şəbəkəsində yazıb.

“Mbappe klubun bir mövsümdə iştirak etdiyi yeddi müxtəlif turnirdə qol vurub. Əvvəllər heç kim bunu bacarmamışdı. Bunlar UEFA Super Kuboku , Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku, Qitələrarası Kubok, İspaniya Çempionatı, Kuboku və Super Kubokudur. “Real Madrid” artıq dünya çempionatının yarımfinalına yüksəlib”, – deyə bildirilib.

Qeyd edək ki, Mbappe ilə “Real Madrid” arasında müqavilənin imzalanması rəsmi olaraq iyunun 3-də açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az