dron 98

Rusiya bir gecədə Ukraynaya məxsus 120 PUA-nı məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum sözügedən dronların harada vurulduğunu da açıqlayıb:

“30-u Bryansk vilayəti ərazisində, 29-u Kursk vilayətində, 18 PUA Oryolda, 17-si Belqorodda, 13-ü Tulqa vilayətində, 4-ü Kaluqada vurulub. Leninqrad vilayəti üzərində 3 pilotsuz uçuş aparatı, Smolensk üzərində 2, Novqorod 2, Tver 1, Azov dənizi suları üzərində isə 1 pilotsuz təyyarə vurulub”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: