İsveç və Danimarka Rusiyanın kölgə donanması ilə mübarizə aparmaq üçün Baltik dənizində öz sularından keçən tankerlərdən sığorta sənədlərini tələb edəcək. Bununla da hər iki ölkə Almaniyanın atdığı addımı davam etdirmək qərarı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb.
Müvafiq sığortası olmayan gəmilər ABŞ, Böyük Britaniya və Aİ tərəfindən qara siyahıya salınacaq və bu, Rusiyanın enerji sanksiyalarından yan keçmək və Ukrayna ilə müharibəni maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdıracaq.
Qeyd olunur ki, Rusiyanın kölgə donanması əsasən şübhəli sığortaya malik köhnə tankerlərdən ibarətdir. Onların çoxu xarici gəmi şirkətlərinə məxsusdur.
Bu cür gəmilər xarici ölkələrin bayraqları altında üzürlər. Danimarka və İsveç qorxur ki, gec-tez bu tankerlər regionda ekoloji fəlakətə və böyük neft sızıntısına səbəb olacaq.
Eyni zamanda NATO ölkələri gəmilərin Baltik dənizində təxribat törədəcəyindən, o cümlədən dənizaltı kabellərə ziyan vura biləcəyindən narahatdır.
Əliyar Xəlil