Çexiyanın paytaxtı Praqada yüz minlərlə sakin işıqsız qalıb.
Globalinfo.az xəbər verir ki, fövqəladə vəziyyət əsasən Vltavanın sağ sahilində yerləşən bir neçə rayona, eləcə də şəhərin mərkəzinə təsir edib.
Məlumata görə, tramvay və metro qatarları dayanıb, işıqforlar sönüb:
“Ödəniş terminalları, soyuducular işləmədiyindən mağazalar müştərilərə xidmət göstərməyi dayandırıb. Yanğınsöndürənlər liftlərdə ilişib qalan insanlara kömək edib. Hadisəyə səbəb Xodi ərazisindəki elektrik yarımstansiyasında yaranan texniki nasazlıq olub. Qəzanın dəqiq səbəbi və təmir işçilərinin elektrik təchizatını nə vaxt bərpa edə biləcəkləri hələlik bəlli deyil”, – deyə yerli mediada yazılıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Avropanın bir neçə ölkəsində oxşar vəziyyət yaranmışdı
Əliyar Xəlil
Globalinfo.az














