t 11

Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyə Milli Akrobatika Qrupunun akrobatika eskadronu (“Türk ulduzları”) Konya şəhərində keçirilən “Anadolu qartalı-2025” beynəlxalq təlimində çıxış edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, aviasiya qrupuna daxil olan 6 “NF-5” qırıcısı təhlükəli manevrlər edərək izləyicilərə nümunəvi çıxışlar göstəriblər.

Qeyd edək ki, “Türk ulduzları” bir neçə dəfə Bakıda müxtəlif paradlarda, eləcə də 2022-ci ildə “Texnofest Azərbaycan” tədbirində “SoloTürk” qrupu ilə birlikdə uçuşlar həyata keçirib.

t 12 t 13 t 14 t 15 t 16

Paylaş: