tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah tədarükünü davam etdirəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Foks Nyus” kanalına danışıb.

“Biz kömək etməyə çalışmaq üçün onlarla işləyirik. Ancaq özümüz üçün də kifayət qədər silahımız olduğundan əmin olmalıyıq”, – deyə Ağ Ev lideri bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Pentaqon Ukrayna və digər müttəfiqlərinə müəyyən silahların tədarükünü dayandırmışdı. Səbəb isə Pentaqonun ehtiyatlarının həddindən artıq azalmasıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: