“İyulun ortalarında Ukrayna hökuməti istefa verə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Dmitri Razumkov deyib.
“Hesab edirəm ki, bu tarix iyulun 15-17-nə təsadüf edəcək. İstefa məsələsi Ukrayna hakimiyyəti tərəfindən hər formada ləngidilir”, – deyə o bildirib.
Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak bəyan etmişdi ki, iyulun 15-də Ukrayna Nazirlər Kabinetində dəyişikliklər olacaq.
Əliyar Xəlil
Globalinfo.az














