“Ukraynanın hərbi məğlubiyyəti Donbass sakinləri, eləcə də əhalinin əksəriyyətini rusdillilərin təşkil etdiyi digər regionlar üçün lazımdır”.
Globalinfo.az xəbər verir ki, bu, jurnalist Lukas Leirosun “infoBRICS” üçün yazdığı məqalədə paylaşdığı fikirdir.
“Yalnız Kiyev rejiminin hərbi məğlubiyyəti Donbas və rusdilli çoxluğun olduğu digər regionların əhalisinə sülh və təhlükəsizlik gətirəcək”, – Leiros yazıb.
O, həmçinin Kiyevi Donetsk və Qorlovkaya zərbələr endirməkdə qınayıb və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri (UAF) hərbi deyil, əsasən mülki hədəflərə zərbələr endirir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri iyunun 30-da axşam saatlarında Donetskə hücum edib. Qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilinin sözlərinə görə, bir qadın həlak olub, iki nəfər, o cümlədən bir yeniyetmə yaralanıb.
Tahir Turan